...

Bayram münasibətilə şəhid ailələri və aztəminatlı ailələr ziyarət olunub

Martın 19-da Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi tərəfindən şəhid ailələri və aztəminatlı ailələr ziyarət olunub.

Ziyarətlər çərçivəsində şəhid ailələrinin üzvləri ilə səmimi görüşlər keçirilib, onlara bayram təbrikləri çatdırılıb. Qeyd olunub ki, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bayram münasibətilə şəhid övladlarına hədiyyələr təqdim olunub, onlara xoş arzular bildirilib. Vurğulanıb ki, Novruz bayramı birlik, həmrəylik və paylaşma dəyərlərinin təcəssümüdür və bu dəyərlərin yaşadılması hər birimizin mənəvi borcudur.

Eyni zamanda aztəminatlı ailələr də ziyarət olunaraq onlara bayram sovqatları təqdim edilib, bayram əhval-ruhiyyəsi bölüşülüb.

Qeyd edək ki, milli-mənəvi dəyərlərimizi yaşadan bu cür təşəbbüslər cəmiyyətdə sosial həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.