Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanında yerləşən Xatirə Kompleksini ziyarət edib.
Kollektiv tərəfindən abidə önünə güllər düzülüb, soyqırım qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.